Qazaxda kiçik və orta sahibkarlarla görüş keçirilib » Göyəzən internet portalı


Qazaxda kiçik və orta sahibkarlarla görüş keçirilib

Qazaxda kiçik və orta sahibkarlarla görüş keçirilib
Ədəbiyyat Muzeyində İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu tərəfindən əmək bazarı üzrə ehtiyacların öyrənilməsi və təkmilləşdirmələr aparılması məqsədilə kiçik və orta sahibkarlarla görüş keçirilib.

Tədbirdə institutun əməkdaşları, aidiyyatı qurumların rəhbərləri, rayonun kiçik və orta sahibkarları, KİV nümayəndələri iştirak ediblər.

Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev tədbiri giriş sözü ilə açaraq keçirilən tədbirin məqsəd və əhəmiyyəti haqqında danışıb.

Elmi Tədqiqat İnstitutunun şöbə müdiri Təranə Salıfova əmək bazarı üzrə ehtiyacların öyrənilməsi və təkmilləşdirmələr aparılması sahəsində görüləcək işlər barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Qazaxda kiçik və orta sahibkarlarla görüş keçirilib
Sonra çıxışlar olub. Sahibkarlar bu sahənin inkişafı ilə əlaqədar öz problemləri, ehtiyacları və çətinliklər barədə danışıblar.

Tədbir zamanı maraqlı fikirlər söylənilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.

GOYEZEN.AZ


Facebook-da paylaş