Tütün sahələrində məhsul hələ çoxdur » Göyəzən internet portalı


Tütün sahələrində məhsul hələ çoxdur

Tütün sahələrində məhsul hələ çoxdur

Qazax rayonunda kənd təsərrüfatı məhsulları istehsalının artırılması məqsədilə bu il həm əkin sahələri genişləndirilib, həm də yeni bitkilər əkilib. Yeni əkin sahələrindən biri də tütünçülükdür.
Tütün sahələrində məhsul hələ çoxdur
İlk dəfə olaraq ötən il rayonda 10 hektar sahədə tütün əkilib və məhsuldarlıq nəzərdə tutulduğundan xeyli çox olub. Məhsuldarlığın yüksək olduğu və tütünün rayon üçün əlverişliliyi nəzərə alınaraq bu il əkin sahələri genişləndirilib. Ötən ildən fərqli olaraq bu il rayon üzrə 50 hektar sahədə tütün əkilib.
Tütün sahələrində məhsul hələ çoxdur
Əkinin vaxtında aparılmasının və bitkilərə aqrotexniki qaydada qulluq edilməsinin nəticəsidir ki, bol məhsul yetişib. Sahələrdən məhsulun yığılması və qurudulması üçün kifayət qədər qüvvə və texnika ayrılıb. Görülən tədbirlərin nəticəsidir ki, həm sahələrdən məhsulun yığılması, həm də qurudulması operativ həyata keçirilir, ləngimə hallarına yol verilmir. Ona görə də qurudulan tütün təhvil verilməsinə hazır vəziyyətə gətirilir.
Tütün sahələrində məhsul hələ çoxdur
Kosalar kəndində əkilmiş 30 hektar tütün sahəsində yetişdirilmiş məhsul ilk gündən vaxtlı-vaxtında yığılır, hazır məhsul iplərə taxılaraq qurudulur. Tütünçülərdən Aynurə Nəsibova, Ramilə Əliyeva, Aygün Süleymanova, Xəyalə Mirzəliyeva və başqaları hər gün nəzərdə tutulduğundan xeyli çox məhsul yığır və qurudurlar.
Tütün sahələrində məhsul hələ çoxdur
Tütünçülər məhsul yığımı ilə yanaşı məhsuldarlığın artırılması qayğısına da qalırlar. Belə ki, yarpaqları yığılmış sahələr yığımdan sonra sulanır. Suçulardan Pərvin Abbasov, İdris Abbasov və başqaları bitkilərin aqrotexniki qaydada suvarılmasına çalışırlar.
Tütün sahələrində məhsul hələ çoxdur
Tütün sahələrində məhsul hələ çoxdur
Söhbət zamanı tütünçülər bildiriblər ki, indiyə qədər sahələrdən 30 tondan çox məhsul toplayıblar. Qeyd ediblər ki, bu rəqəm son hədd deyil. “Sahələrdə məhsul nəzərdə tutulduğundan çoxdur. Hələ indən sonra ən azı bir bu qədər də tütün yığacağıq” - deyə bildiriblər.


GOYEZEN.AZ


Facebook-da paylaş