Qazaxda tütün yığımı davam edir » Göyəzən internet portalı


Qazaxda tütün yığımı davam edir

Qazaxda tütün yığımı davam edir
Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə bir sıra səmərəli işlər görülüb və əkin sahələri daha da genişləndirilib. Bunun nəticəsidir ki, bu il bütün əkinlər nəzərdə tutulduğundan xeyli çox sahədə əkilib. Əkin sahəsi genişləndirilən belə məhsullardan biri də tütündür.

2016-cı ildə rayonda 10 hektar sahədə tütün əkilib və nəzərdə tutulduğundan xeyli çox məhsul götürülüb. Məhsuldarlığın yüksək olduğu və tütünün rayon üçün əlverişliliyi nəzərə alınaraq bu il əkin sahələri genişləndirilib. Ötən ildən fərqli olaraq bu il rayon üzrə 50 hektar sahədə tütün əkilmişdir ki, bunun 30 hektarı Kosalar kəndindədir.

Artıq rayonda tütün yığımına başlanılıb. Bu günədək 15 ton tütün yığılıb.
Qazaxda tütün yığımı davam edir
Onu da qeyd edək ki, tütün yığımı ilə yanaşı sahələrin suvarılması işləri də aparılır.

Qazaxda tütün yığımı davam edir
Qazaxda tütün yığımı davam edir
GOYEZEN.AZ


Facebook-da paylaş