Qazaxda tütün yığılır
Əkin zamanı ən çox “Virciniya” sortuna üstünlük verilib. Məhsuldarlıq baxımından olduqca əlverişli olan bu sort boyu uca olmasa da, yarpaqları enli və çox olması ilə diqqəti cəlb edir. Tütünün maya dəyərinin az olması üçün kənd sakinləri rayonun Cəfərli kəndində şitili özləri yetişdiriblər.
Tütünçülər GOYEZEN.AZ saytına bildiriblər ki, biz bu məhsulu özümüz əkib-becərmişik. Sahələrdə bol məhsul yetişdirmişik. Hal-hazırda tütün yarpaqlarının dərilməsinə başlanılıb. Yarpaqları yığıb qurtardıqdan sonra qurudub zavoda təhvil verəcəyik.
Tütünçülərin çalışmaları üçün normal şərait yaradılıb. Kənd sakinləri yığdıqları yarpaqları elə sahənin yaxınlığında ipə düzüb qurudurlar.
Tütün yığımı ilə yanaşı sahələrin alaq otlarından təmizlənməsi işi də aparılır.
Facebook-da paylaş