Baramadan yüksək məhsuldarlıq gözlənilir » Göyəzən internet portalı


Baramadan yüksək məhsuldarlıq gözlənilir - Qazaxda

Baramadan yüksək məhsuldarlıq gözlənilir
Qazax rayonunda gəlirli sahələrdən olan baramanın istehsalına getdikcə maraq artmaqdadır. Kümçülər artıq ikinci ildir ki, barama yetişdirirlər və məhusldarlıq da yüksək olur.

Bu il baramaçılar ötən ildəkindən təxminən 3 dəfədən çox baramaqurdu yetişdirirlər. Hazırda kütləvi qida qəbul edən barama tut yarpaqları ilə təmin olunur. Onların sağlam şəraitdə inkişaf etdirilməsi üçün kümçülər lazımi qulluğu göstərirlər. Məqsəd isə nəticədə barmaqurdlarından yüksək məhsul əldə etməkdir.
Baramadan yüksək məhsuldarlıq gözlənilir
Kümçülər baramaqurdunu nəzarətsiz buraxmırlar. Hər gün onlara qulluq göstərilir, tez-tez təmizlik işi aparılır. Yarpaqlar doğranır, baramalar yemlənir. Onların olduğu otaq da lazImi istiliklə təmin edilir. Yemləmə prosesi tez tez həyata keçirilir.

Baramaqurdlarının vəziyyəti ilə yerində tanış olmaq məqsədilə Çinli mütəxəssis və kənd təsərrüfatı nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti Qazaxda bir neçə kənddə kümçülərlə görüşüb, baramanın saxlanma şəraiti, onların qidalanması və ümumi vəziyyətlə tanış olublar.
Baramadan yüksək məhsuldarlıq gözlənilir
Çinli mütəxəssis Li Çiliang baramaqurdlarının saxlanması ilə ətraflı tanış olduqdan sonra GOYEZEN.AZ-a bildirib ki, Qazaxda kümçülər baramaqurdlarını çox yaxşı bəsləyirlər. Baramaqurdları normal halda böyüyür. İki-üç günə yəqin ki barama hazırlamağa başlayacaqlar.
Baramadan yüksək məhsuldarlıq gözlənilir
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Saleh Zərbəliyev isə qeyd edib ki, Çin Xalq Respublikasından gəlmiş mütəxəssislə birgə kənd təsərrüfatı nazirinin əmri ilə rayonlara ezam olunmuşuq. Qazax rayonunda bu gün baramanın vəziyyəti yüksək səviyyədədir. İpəkqurdları da artıq 4-cü yuxunu yatıblar.

Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həmid Pənahov qeyd edib ki, rayonumuzda 30 kümçü istehsalla məşğuldur. Bütün kümçülərdə barama demək olar ki, son inkişaf mərhələsindədir. Yaxın günlərdə yəgin ki, barama sarımağa başlayacaqlar. Ümumiyyətlə gələcəkdə baramaçılığı inkişaf elətdirmək üçün rayonumuzda ciddi işlər aparılır. Baramaçılıqda əldə olunan uğurlar da təbii ki, insanları da bu sahəyə həvəsləndirir.

Qazax rayonunda baramaçılığın inkişafı məqsədilə yem bazasının yaxşılaşdırılması istiqamətində də işlər görülməkdədir. Belə ki, ötən il Çindən gətirilən 20 min ədəd ting əkilib. Mütəxəssislər tut bağına da baxıb öz tövsiyələrini veriblər.

Qeyd edək ki, rayonda ötən il 30 qutu barama qurdu yetişdirilmişdisə, bu il onların sayı 100 ə çatdırılıb. Ötən il 1500 kiloqram məhsul istehsal edilib. Bu il isə 5000 kq məhsul götürülməsi gözlənilir.


Facebook-da paylaş