• Təqvim

  • Unutma

  • Maraq



Qazax rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində mühüm işlər görülür

Qazax rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində mühüm işlər görülür
Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması isə təsadüfi deyil.

Respublika Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir.

Respublikanın hər yerində olduğu kimi rayonumuzda da kənd təsərrüfatının inkişafına geniş yer verilir. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov rayonumuza təyin olunduğu ilk gündən kənd təsərrüfatı sahəsi üzrə aparılan işləri önə çəkib, bu istiqamətdə aidiyyəti qurumlara xüsusi tapşırıqlar verib.
Qazax rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində mühüm işlər görülür
Qazaxda kənd təsərrüfatı sahəsinin inkişaf etməsi üçün böyük imkan və şərait var. Rayon rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğı kənd təsərrüfatının inkişaf etdirilməsinə möhkəm zəmin yaradıb. Ona görə də bu istiqamətdə mühüm işlər həyata keçirilir və bu davam etməkdədir.

Eyni zamanda kənd təsərrüfatının inkişafı kənd yerlərində yoxsulluğun azaldılması, əhalinin yeni iş yerləri ilə təminatı baxımından da olduqca mühüm əhəmiyyət kəsb edir.

İlk əvvəl onu qeyd edək ki, Qazaxda əkin sahələri əhəmiyyətli dərəcədə genişləndirilib. Bunu mövcud rəqəmlərdən də aydın şəkildə görmək olar.

Belə ki, 12190 hektar sahə şumlanıb. Bu da keçən ilin müvafiq dövrünə nisbətən xeyli çoxdur.
Qazax rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində mühüm işlər görülür
Bununla yanaşı taxıl sahələri də genişləndirilib. Cari ildə 10810 hektar sahəyə taxıl səpilib. Bunun da 8173 hektarı buğda, 2637 hektarı isə arpadır.

Keçən il isə 7820 hektar sahədə taxıl səpilib ki, bunun 5559 hektarı buğda, 2261 hektarı isə arpa olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi taxıl sahəsi 2990 hektar, buğda 2614 hektar, arpa isə 376 hektar çoxdur.

Rayonda ilk dəfə olaraq 517 hektar sahədə şəkər çuğundurunun əkilməsi də nəzərdə tutulub. Bunun üçün nəzərdə tutulmuş sahələrdə əkin işləri aparılır və lazım olan bütün hazırlıq işləri həyata keçirilir.

Rayonda tütün sahəsi də genişləndirilərək 10 hektardan 30 hektara çatdırılıb. Eyni zamanda kartof əkini sahələri də genişləndirilib və bu il 800 hektar sahədə kartof əkiləcəkdir.

Barama istehsalı sahəsinə də diqqət artırılıb. Keçən il rayonda 1,5 ton barama istehsal edilib. Bu il isə məhsuldarlığın 4,5 tona çatdırılması nəzərdə tutulub.

Bu sahənin inkişaf etdirilməsi üçün möhkəm yem bazasının yaradılması olduqca vacib amillərdən biridir.
Qazax rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində mühüm işlər görülür
Bu məqsədlə tut bağlarının yaradılması istiqamətində mühüm işlər həyata keçirilir. Belə ki, ötən il rayonun ayrı-ayrı kəndlərində 22000 tut tingi əkilib.

Kənd təsərrüfatının inkişaf etdirilməsində suvarılmanın olduqca böyük rolu vardır. Bu istiqamətdə rayonda əhəmiyyətli dərəcədə işlər həyata keçirilib.

Rayon üzrə 54 km uzunluğunda olan arxlarda təmizlənmə işləri aparılıb ki, bunun da 47 km torpaq məcralı, 7 km də beton arxlardır. Bu istiqamətdə görülən işlər hal-hazırda davam etdirilir.
Qazax rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində mühüm işlər görülür
Qazaxda kənd təsərrüfatı sahəsində həyata keçirilən işlər belə deməyə əsas verir ki, cari ildə bu sahədə bütün göstəricilər üzrə böyük nailiyyətlər əldə olunacaqdır.

Bunun üçün rayonda hər cür imkan və şərait var.

GOYEZEN.AZ


Facebook-da paylaş