• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda sahibkarlar üçün treninq keçirilib

Qazaxda sahibkarlar üçün treninq keçirilib
GOYEZEN.AZ saytı AZƏRTAC-a istinadən xəbər verir ki, dekabrın 15-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Üzümçülüyün inkişaf perspektivləri”, “Kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi” mövzularını əhatə edən treninqdə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", Qazax rayonunun iqtisadi pasportu, kənd təsərrüfatında ixtisaslaşma, ekoloji təmiz üzüm istehsalının təşkili, üzümçülükdə məhsuldarlığın və səmərəliliyin yüksəldilməsi, innovativ əkin və becərmə texnologiyalarının tətbiqi, bu sahədə beynəlxalq təcrübə və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Bununla yanaşı, apelyasiya şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə ətraflı məlumat verilib.

İştirakçılar, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıblar.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.


Facebook-da paylaş