Arxların təmizlənməsi işləri yaxın vaxtlarda başa çatdırılacaqdır » Göyəzən internet portalı


Arxların təmizlənməsi işləri yaxın vaxtlarda başa çatdırılacaqdır

Arxların təmizlənməsi işləri yaxın vaxtlarda başa çatdırılacaqdır
Qazaxda Respublika Prezidenti İlham Əliyevin ölkəmizdə kənd təsərrüfatının inkişafı, məhsuldarlığın daha da artırılması, əkin sahələrinin genişləndirilməsi və yeni torpaqların dövriyyəyə qatılması ilə bağlı tapşırıqları uğurla icra olunur.

Belə ki, rayonda bu sahəyə böyük diqqət və qayğı göstərilir. Təbii ki, kənd təsərrüfatının inkişafı ilk növbədə bitkinin vaxtında suvarma suyu ilə təmin olunmasından asılıdır.

Odur ki, rayonda sudan itkisiz və səmərəli istifadə olunması məqsədilə su kanallarının və arxların təmir olunması, kol-kosdan, lildən təmizlənməsi və ötürücülük gücünün artırılması sahəsində xeyli işlər görülüb.

Ümumi uzunluğu 268 km olan kanal və arxların təmizlənməsi işləri aparılıb.
Rayonun Aslanbəyli, Yuxarı Salahlı, Alpout, Kommuna və Hüseynbəyli kəndlərinin ərazisindən keçən hissəsinin təmizlənməsi işlərinə başlanılıb.

Əvvəlcədən aparılmış hazırlıq işləri nəticəsində arxların təmizlənməsi işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulub.


Facebook-da paylaş