• Təqvim

  • Unutma

  • Maraq



“Ağıllı fermer təsərrüfatı” layihəsinin təqdimatı keçirilib

“Ağıllı fermer təsərrüfatı” layihəsinin təqdimatı keçirilib
Bu ilin iyul ayından etibarən ABŞ-ın USAID-in maliyyə dəstəyi ilə “Gəncə Aqrobiznes Assosiasiyası” tərəfindən “Ağıllı Azərbaycan Fermer Təsərrüfatı” (SAF) layihəsinin icrasına başlanılıb.

Bununla əlaqədar Qazax rayonunda layihənin ictimaiyyətə təqdimat mərasimi keçirilib. Gənclər Mərkəzində keçirilən tədbirdə fermerlər, sahibkarlar, meyvə-tərəvəz istehsalçıları ilə yanaşı, dövlət və yerli özünüidarəetmə orqanları, KİV nümayəndələri iştirak edib.

Qazax rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Fərman Nağdalıyev giriş sözü ilə çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışıb.

Qeyd edib ki, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan rayonumuzda SAF layihəsinin icrası kənd təsərrüfatının daha da inkişaf etməsinə təkan verəcəkdir.
“Ağıllı fermer təsərrüfatı” layihəsinin təqdimatı keçirilib
Layihənin rəhbəri Yalçın Nəsibov öz çıxışında SAF haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək qeyd edib ki, layihə Gəncə-Qazax iqtisadi rayonuna daxil olan 9 inzibati rayonu əhatə edir.

Layihənin fəaliyyət proqramına uyğun olaraq 3 il ərzində (2016-2019) bu rayonlarda dünyanın ən qabaqcıl aqrar ölkələrində tətbiq olunan informasiya-kommunikasiya texnologiyaları və innovasiyalarından istifadə etməklə Azərbaycanda ilk dəfə olaraq 12 nümunəvi fermer təsərrüfatı yaradılacaq və bu təcrübə bütün ölkəmizin aqrar sektorunda tətbiq ediləcəkdir.

Mərasimdə tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Facebook-da paylaş