Əsas Səhifə > İdman > Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mini-futbol üzrə rayon turniri keçirilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mini-futbol üzrə rayon turniri keçirilib


8-05-2017, 11:44
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mini-futbol üzrə rayon turniri keçirilib
1-7 may tarixində Olimpiya İdman Kompleksində YAP Qazax rayon Təşkilatının maliyyə dəstəyi, Qazax rayon Gənclər və İdman İdarəsinin və Qazax “Olimpik” MMC-nin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş həvəskar komandalar arasında mini-futbol üzrə rayon turniri keçirilib.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mini-futbol üzrə rayon turniri keçirilib
Turnir iştirakçıları ulu öndərin adını daşıyan parka gələrək abidəsi önünə gül-çiçək dəstələri qoyub əziz xatirəsini böyük ehtirmla yad ediblər.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mini-futbol üzrə rayon turniri keçirilib
Gənclər və İdman İdarəsindən GOYEZEN.AZ saytına verilən məlumata görə turnirdə 18 komandadan 180 nəfərdən çox həvəskar idmançı mübarizə aparıb. 9-u şəhər və 9 kənd komandaları birincilik uğrunda yarışa qatılıblar.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mini-futbol üzrə rayon turniri keçirilib
Gərgin mübarizə şəraitində keçən turnirin yekununda Birinci Şıxlı kəndinin “Dəli Kür” komandası I yeri tutub. Qazax rayon Gənclər və İdman İdarəsinin komandası II yeri, “Topçular” komandası isə III yerə layiq görülüblər.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mini-futbol üzrə rayon turniri keçirilib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mini-futbol üzrə rayon turniri keçirilib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mini-futbol üzrə rayon turniri keçirilib
Qalib komanda kubokla, digər yer tutan komandalar isə müvafiq diplom və medallarla təltif olunublar.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mini-futbol üzrə rayon turniri keçirilib
Qərb Regional Futbol Federasiyasının rəhbərliyi isə I, II, III yeri tutmuş komandaları diplomla, qalib komandanın üzvlərini isə futbol geyimləri ilə mükafatlandırıb.

Geri qayıt