Əsas Səhifə > İdman > “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları 58 ölkədə yayımlanacaq

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları 58 ölkədə yayımlanacaq


7-05-2017, 09:18
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları 58 ölkədə yayımlanacaq
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi mayın 6-da mötəbər yarışın yayım hüququna dair əlavə müqavilələr imzalayıb.

Əməliyyat Komitəsindən bildiriblər ki, bununla da IV İslam Həmrəyliyi Oyunlarının dörd qitəni əhatə edən 58 ölkədə yayımlanması təmin olunacaq. Asiya-Sakit Okean Ölkələri Yayım Birliyi (ABU) ilə əldə olunan razılaşma İran, Banqladeş, Pakistan, İndoneziya, Malayziya, Əfqanıstan, Maldiv adaları və Bruney tamaşaçılarına IV İslam Həmrəyliyi Oyunlarını izləmək imkanı verəcək.

“Bakı-2017”, həmçinin Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan və Özbəkistanda da yayımlanacaq.

“Radio Televizionit Shqiptar” (RTSH) şirkəti ilə imzalanan müqavilə Albaniya tamaşaçılarına Oyunları izləmək imkanı verəcək.

Bu müqavilələr çərçivəsində yayım hüququna malik bütün şirkətlər mayın 12-də və 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək açılış və bağlanış mərasimlərinin canlı yayımını, Oyunlar zamanı nümayiş etdirilən ən yaxşı idman göstəriciləri və medal uğrunda mübarizə məqamlarını xarakterizə edən bir saatlıq gündəlik icmal proqramı, futbol üzrə Türkiyə, Kamerun, Mərakeş, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandalarının mübarizə aparacağı bütün 16 yarışın canlı yayımı və Oyunlara dair iki saatlıq icmal proqramı nümayiş etdirə biləcəklər.

Müqavilələr bundan əvvəl Yaxın Şərq və Şimali Afrika, Böyük Səhradan cənubda yerləşən Afrika ölkələri, Türkiyə, Karib adaları və Oyunlara ev sahibliyi edən Azərbaycan ərazisində “Bakı-2017”ni yayımlamaq barədə Ərəb Dövlətlərinin Yayım Birliyi (ASBU), TV Media Sport (TVMS), TRT, Milli Rabitə Şəbəkəsi (NCN), ATV və AzTV ilə artıq mövcud olan müqavilələrin fonunda yer alır.

Yayım hüququna dair müqavilələr barədə danışan “Bakı-2017”nin əməliyyatlar üzrə rəhbəri Mayk Loynd deyib: “Biz “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bu qədər böyük beynəlxalq auditoriyaya yayımlanacağından məmnunuq. Müqavilə dörd qitəni əhatə edən 58 ölkədə 1,3 milyard tamaşaçıya Oyunları seyr etmək imkanı verəcək. IV İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman

Federasiyasına (İHİF) üzv 57 ölkənin idmançılarını bir araya gətirərək, onlara bu möhtəşəm beynəlxalq idman tədbirinin bir parçasına çevrilmək şansını verəcək.

GOYEZEN.AZ


Geri qayıt