Əsas Səhifə > İdman > Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin nəzdində “Futbol klubu” yaradılıb

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin nəzdində “Futbol klubu” yaradılıb


5-03-2020, 21:35


Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin nəzdində daha bir klub fəaliyyətə başlayıb. 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar olaraq "Futbol klubu” yaradılıb.

Qazax Olimpiya İdman Kompleksində klub üzvləri arasında ilk futbol matçı da reallaşıb. Əsasən Qazax GİKM-in əməkdaşlarından ibarət komanda ilə könüllülərin kollektivi üz-üzə gəlib. Görüş "birincilər”in qələbəsi ilə başa çatıb – 10:6. Qalib komandanın heyətində Murad Hüseynov 7 qol vurmaqla fərqlənib.

Gənclərin asudə vaxtını maraqlı keçirmək və idmana olan sevginin artırılması məqsədilə yaradılan "Futbol klubu”nun hər həftə görüşlərinin keçirilməsi nəzərdə tutulur.










 

GOYEZEN.AZ


Geri qayıt