Əsas Səhifə > İdman > Qazaxda 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş sərbəst güləş üzrə rayon birinciliyi yarışları keçirilib

Qazaxda 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş sərbəst güləş üzrə rayon birinciliyi yarışları keçirilib


24-02-2020, 10:31


Qazax Rayon Gənclər və İdman İdarəsinin 2020-ci ilin birinci yarımilliyi üçün təsdiqlənmiş tədbirlər planına əsasən 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş sərbəst güləş üzrə rayon birinciliyi yarışları keçirilib.  

İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin idman zalında keçirilən yarışda qalib adı uğrunda 73 nəfər idmançı mübarizə aparıb.

Sonda I, II, II yerləri tutan idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq Fəxri Fərmanlarla təltif olunublar.





 

 

GOYEZEN.AZ


Geri qayıt