Əsas Səhifə > İdman > Qazaxda “Breyn-rinq” intellektual oyunu üzrə onlayn rayon birinciliyi yarışı keçirilib

Qazaxda “Breyn-rinq” intellektual oyunu üzrə onlayn rayon birinciliyi yarışı keçirilib


21-02-2020, 16:19

 

Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsinin 2020-ci ilin birinci yarımilliyi üçün təsdiqlənmiş tədbirlər planına əsasən yeniyetmə və gənclər arasında  "Breyn-rinq” intellektual oyunu üzrə onlayn rayon birinciliyi yarışı keçirilib.

Gənclər Mərkəzində keçirilən yarışda orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən 15 komandadan 75 nəfər iştirak edib.

Yekun nəticələrə görə Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin "Xəmsə” komadası I yerə, İ.Şıxlı adına Kosalar kənd tam orta məktəbin "Zirvə” komadası II yerə, Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin "Nepenthe” komandası isə III yerə layiq görülüblər.  

Qalib komandalar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif ediliblər.














 

GOYEZEN.AZ


Geri qayıt