Əsas Səhifə > İdman > Qazaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş futbol turnirinə yekun vurulub

Qazaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş futbol turnirinə yekun vurulub


15-06-2019, 19:31

Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş 2006-2007-ci il təvəllüdlü yeniyetmə və gənclər arasında keçirilən futbol turnirinə yekun vurulub.

Qazax şəhər stadionunda keçirilən turnirin qalibi finalda Qazax UGİM-dən olan həmyaşıdlarını 6-2 hesabı ilə məğlub edən "Ağstafa Gəncləri-1” komandası olub.

Qeyd edək ki, yarışda dörd komanda iştirak üçün sifariş verib. İlk yarımfinal görüşündə Qazax UGİM komandası "Ağstafa Gəncləri-2” komandasını 7-0 hesabı ilə məğlub edərək finala adını yazdırıb. Digər yarımfinal cütlüyündə isə "Ağstafa Gəncləri-1” komandası "Qazax Gəncləri” komandası üzərində texniki qələbə (3-0) qazanaraq finala çıxıb. 

Yarışın qalibi kubokla, I, II və III yerləri tutan komandaların üzvləri isə müvafiq diplom və medallarla təltif olunublar.





GOYEZEN.AZ


Geri qayıt