Əsas Səhifə > İdman > Qazaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş şahmat üzrə rayon turniri başa çatıb

Qazaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş şahmat üzrə rayon turniri başa çatıb


12-06-2019, 19:00

Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Qazax Rayon Təhsil şöbəsinin nəzdində Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş şahmat üzrə yeniyetmə və gənclər arasında rayon turniri başa çatıb.

Qazax Şahmat Mərkəzində keçirilən yarışın ikinci günündə ilk olaraq yarımfinal görüşləri reallaşıb. Qazax şəhər S.Əfəndiyev adına 1 saylı tam orta məktəbin VI sinif şagirdi Quluyev Nəcəf Azər oğlu Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Baytarlıq fakültəsinin III kurs tələbəsi Göyüşov Ramil Elton oğlunu məğlub edərək finala yüksəlib. Onun finaldakı rəqibi Qazax şəhər İ.Qayıbov adına 3 saylı tam orta məktəbin IX sinif şagirdi Hadıyev Nazim Toğrul oğlu olub. N.Hadıyev isə yarımfinalda Qazax şəhər S.Əfəndiyev adına 1 saylı tam orta məktəbin IX sinif şagirdi Quluyev Məhəmmədəli Azər oğluna qalib gəlib.

Daha sonra yarımfinalda məğlubiyyətlə üzləşmiş iştirakçılar arasında keçirilən oyunda Göyüşov Ramil Elton oğlu rəqibi Quluyev Məhəmmədəli Azər oğlunu üstələyərək 3-cü yerə layiq görülüb.

Finalda isə Nazim Hadıyevə qalib gələn Nəcəf Quluyev turnirin qalibi adını qazanıb. Qalib və mükafatçılara sonda müvafiq diplom və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, yarışda ümumilikdə 23 iştirakçı olimpiya sistemi üzrə mübarizə aparıb.





 

GOYEZEN.AZ


Geri qayıt