Əsas Səhifə > İdman > Şəhidlərin xatirəsinə həsr olunmuş turnirə start verilib

Şəhidlərin xatirəsinə həsr olunmuş turnirə start verilib


30-11-2016, 13:39
Şəhidlərin xatirəsinə həsr olunmuş turnirə start verilib
Qazaxda rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə “Qəhrəmanlar unudulmur” layihəsi çərçivəsində mini futbol üzrə rayon turnirinə start verilib.

Turnir Aprel döyüşlərində şəhid olmuş Orucov Mühüd Qurban oğlunun, Namazov Elvin Məmməd oğlunun və Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə həsr olunub.

Turnir ərəfəsində şəhid ailələri ziyarət olunub. Qazax Olimpiya İdman Kompleksində keçirilən turnirdə ümumilikdə Qazax və Ağstafa rayonlarından 22 komandanın 220 idmançısı iştirak edir.

Turnirin əsas məqsədi rayon gənclərinin asudə vaxtlarının düzgün və səmərəli təşkili, Aprel döyüşlərində həlak olmuş şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə mənəvi dəstək olmaq, gənclərə vətənpərvərlik hisslərinin aşılanması və sağlam həyat tərzinin təbliğ olunmasından ibarətdir.

Turnir 07 dekabr 2016-cı il tarixədək davam edəcəkdir. Qaliblər medal, kubok və Fəxri Fərmanlarla mükafatlandırılacaqlar.

Geri qayıt