Əsas Səhifə > İdman > Qazaxlı idmançılar uğurla çıxış ediblər

Qazaxlı idmançılar uğurla çıxış ediblər


4-06-2018, 16:30
Qazaxlı idmançılar uğurla çıxış ediblər
Bolqarıstan Respublikasının Sofiya şəhərində Qol güləşi üzrə XXVII Avropa çempionatı keçirilmişdir. 28 may-2 iyun tarixlərdə baş tutan çempionat gərgin idman mübarizəsi şəraitində keçib.

Azərbaycan yığma komandasının tərkibində rayonumuzu Qazax Olimpiya İdman Kompleksinin qol güləşi bölməsinin idmançıları təmsil ediblər. Rayonumuzun idmançıları yarışda uğurlu göstərici qazanıblar.

İdmançılarımızdan Rüstəmov Ramazan Muxtar oğlu (60 kq) böyüklər arasında sağ qolda II yerə, Mustafayev İsgəndər İlqar oğlu (60 kq) isə yeniyetmələr arasında sol qolda III yerə layiq görülüblər.

1-3 iyun tarixində isə Gürcüstanın Tbilisi şəhərində karate üzrə “Georgia Open” adlı beynəlxalq turnir keçirilib.

Yarışda Azərbaycan Milli Karate Federasiyasının Qazax nümayəndəliyinin idmançıları da uğurla çıxış ediblər. Belə ki, kata yarışlarında Həsənov Həsənəli Vüqar oğlu (14-15 yaş) I yerə, Yaqubov Vüsal Ərəstun oğlu (16-34 yaş) və Namazov Emin Pərviz oğlu (12-13 yaş) II yerə çıxıblar. Kumite yarışlarında isə Yaqubov Vüqar Ərəstun oğlu (14-15 yaş /+70 kq) və Namazlı Tofiq Vüsal oğlu (12-13 yaş/ - 51 kq) II yerə layiq görülüblər.

Qeyd edək ki, beynəlxalq turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Gürcüstan, Rusiya, İran, Ermənistan idmançıları da mübarizə aparıblar.

Qazaxlı idmançılar uğurla çıxış ediblər
Qazaxlı idmançılar uğurla çıxış ediblər
Qazaxlı idmançılar uğurla çıxış ediblər
Qazaxlı idmançılar uğurla çıxış ediblər
GOYEZEN.AZ

Geri qayıt