Əsas Səhifə > İdman > Cümhuriyyətin 100 illiyinə həsr olunmuş mini futbol üzrə rayon birinciliyi keçirilib

Cümhuriyyətin 100 illiyinə həsr olunmuş mini futbol üzrə rayon birinciliyi keçirilib


22-05-2018, 16:00
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş mini futbol  üzrə rayon birinciliyi keçirilib
Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi və “Qazax Olimpiya İdman Kompleksi” MMC-nin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş mini futbol üzrə rayon birinciliyi keçirilib.

21-22 may tarixlərində keçirilən birincilikdə 11-12 yaşlı yeniyetmələr iştirak edib. Yarışa 8 məktəbdən 80 nəfərdən çox məktəbli qatılıb.

Finalda rəqibinə 3-0 hesabı ilə qalib gələn S.Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbin komandası birinci, Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 saylı tam orta məktəbin komandası isə ikinci yerə layiq görülüblər. M.Hüseyn adına şəhər məktəb-liseyin komandası yarışın üçüncüsü olub.

Qalib komanda rayon Gənclər və İdman İdarəsinin kuboku ilə, I,II,III yeri tutan komanda üzvləri isə müvafiq Diplomlarla təltif olunublar.

Cümhuriyyətin 100 illiyinə həsr olunmuş mini futbol  üzrə rayon birinciliyi keçirilib
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş mini futbol  üzrə rayon birinciliyi keçirilib
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş mini futbol  üzrə rayon birinciliyi keçirilib
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş mini futbol  üzrə rayon birinciliyi keçirilib
GOYEZEN.AZ

Geri qayıt