Əsas Səhifə > İdman > Qazaxlı karateçilərdən növbəti qələbə

Qazaxlı karateçilərdən növbəti qələbə


11-05-2018, 14:09
Qazaxlı karateçilərdən növbəti qələbə
Göygöl rayonunda Azərbaycan Karate Federasiyaları Assosiasiyasının Gəncə Regional şöbəsi və Göygöl rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə karate-do üzrə uşaq və yeniyetmələrin Göygöl açıq birinciliyi keçirilib.

5 may tarixində keçirilən yarışda 18 komandadan 266 nəfər idmançı iştirak edib.

Rayonumuz birincilikdə məşqçilər Pərviz Namazov və Vüqar Məmmədovun rəhbərliyi altında 30 idmançı ilə təmsil olunub.

Komandamız kata yarışlarında 3 qızıl, 1 gümüş və 1 bürünc, kumite yarışlarında isə 4 bürünc medal qazanıb.

Kata yarışında idmançılarımızdan Emin Namazov, Həsənəli Həsənov, Elcan Həsənov birinci, Vüsal Yaqubov ikinci, Vahid Namazov isə üçüncü yerə layiq görülüblər.

Kumite yarışının bürünc medalını isə Nihat Cəfərov, Rəvan Konalov, Elnur Əliyev və Tofiq Namazlı əldə ediblər.

Qazaxlı karateçilərdən növbəti qələbə
Qazaxlı karateçilərdən növbəti qələbə
Qazaxlı karateçilərdən növbəti qələbə
Qazaxlı karateçilərdən növbəti qələbə
Qazaxlı karateçilərdən növbəti qələbə
Qazaxlı karateçilərdən növbəti qələbə
GOYEZEN.AZ

Geri qayıt