Əsas Səhifə > İdman > Qazaxlı güləşçilərin növbəti uğuru

Qazaxlı güləşçilərin növbəti uğuru


11-05-2018, 13:31
Qazaxlı güləşçilərin növbəti uğuru
Gənclər və İdman Nazirliyinin təqvim planına əsasən 5-6 may tarixlərində Bakı şəhərində keçirilən Qol güləşi üzrə Azərbaycan çempionatında qazaxlı güləşçilər də uğur qazanıb.

Bu yarışda rayonumuz Əməkdar məşqçi Azər Əliyevin rəhbərliyi altında 10 idmançı ilə təmsil olunub.

“Qazax Olimpiya İdman Kompleksi” MMC-nin qol güləşi bölməsinin komandası 2 qızıl, 4 gümüş və 1 bürünc medal qazanıb.

İdmançılardan 75 kq çəki dərəcəsində mübarizə aparan Nemət Vəkilov sağ və sol qolda birinci yerə çıxaraq çempionatın qızıl medalına sahib olub.
Qurban İsmayılov 85 kq-da sağ və sol qolda ikinci yeri qazanmaqla gümüş medalla mükafatlandırılıb.

90 kq-da yarışan Arzuman Hüseynov isə sol qolda II yeri, sağ qolda III yeri qazanaraq gümüş və bürünc medallara layiq görülüb.

70 kq çəkidə yarışan Ceyhun Mədədli sağ qolda II yerə sahib olaraq gümüş medal qazanıb.

Qazaxlı güləşçilərin növbəti uğuru
Qazaxlı güləşçilərin növbəti uğuru
GOYEZEN.AZ

Geri qayıt