Əsas Səhifə > İdman > Qazaxlı məktəblilər arasında rayon birinciliyi keçirilib

Qazaxlı məktəblilər arasında rayon birinciliyi keçirilib


24-04-2018, 15:00
Qazaxlı məktəblilər arasında rayon birinciliyi keçirilib

Bu gün Qazax şəhər stadionunda Atletika idman növü üzrə 2003-2004-cü il təvəllüdlü məktəblilər arasında rayon birinciliyi keçirilib.

Qazax rayon Gənclər və İdman İdarəsinin təsdiqlənmiş tədbirlər planına əsasən keçirilən yarışda 30 orta ümumtəhsil məktəbindən 180 nəfər şagird iştirak edib.

Qızlar arasında 60 metr və 100 metr məsafəyə qaçış və uzağa tullanma, oğlanlar arasında isə 100 metr və 300 metr məsafəyə qaçış və uzağa tullanma üzrə keçirilən birinciliyin uzağa tullanma növü üzrə yarışları şəhər 2 saylı tam orta məktəbin idman meydançasında keçirilib.

Yarışların yekun nəticələrinə görə Aşağı Salahlı kənd tam orta məktəbin komandası I, şəhər 1 saylı tam orta məktəbin komandası II, Daş Salahlı kənd 2 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Sonda qalib komanda Qazax rayon Gənclər və İdman İdarəsi tərəfindən kubokla, müxtəlif növlər üzrə I, II, III yeri tutmuş məktəblilər isə müvafiq Diplomlarla təltif olunublar.

Qazaxlı məktəblilər arasında rayon birinciliyi keçirilib
Qazaxlı məktəblilər arasında rayon birinciliyi keçirilib
Qazaxlı məktəblilər arasında rayon birinciliyi keçirilib
Qazaxlı məktəblilər arasında rayon birinciliyi keçirilib
Qazaxlı məktəblilər arasında rayon birinciliyi keçirilib
Qazaxlı məktəblilər arasında rayon birinciliyi keçirilib
GOYEZEN.AZ

Geri qayıt