• Təqvim

  • Unutma

  • Maraq



Qazaxlı idmançılardan növbəti qələbə sevinci

Qazaxlı idmançılardan növbəti qələbə sevinci
13-15 oktyabr 2017-ci il tarixlərdə Türkiyənin İstanbul şəhərində Kyokuşinkay və Ciyutaido idman növləri üzrə kadet, yenieytmələr, gənclər, kişilər və qadınlar arasında Dünya kuboku yarışları keçirilib.

Yarışda Azərbaycan yığma komandası 35 nəfər idmançı ilə təmsil olunub ki, bunlardan da iki nəfəri Azərbaycan Kyokuşinkay Karate və Ciyutaido Federasiyasının Qazax nümayəndəliyinin yetirmələridir.

Rayonumuzun yetirməsi olan hər iki idmançı - Musayev Cavanşir Ramil oğlu (9-10 yaşlılar, 30 kq-da) və Mustafayev Məhəmməd Elşən oğlu (11-13 yaşlılar, 30 kq-da) I yeri və qızıl medalı qazanaraq Dünya kubokunun qalibi adına layiq görülüblər.

Qeyd edək ki, Azərbaycan milli yığma komandası 21 dövlətin iştirak etdiyi bu yarışda komanda hesabında I yeri tutub. Rusiya Federasiyası II, Türkiyə isə III yerdə qərarlaşıblar.

Qazaxlı idmançılardan növbəti qələbə sevinci
Qazaxlı idmançılardan növbəti qələbə sevinci
Qazaxlı idmançılardan növbəti qələbə sevinci
Qazaxlı idmançılardan növbəti qələbə sevinci
Qazaxlı idmançılardan növbəti qələbə sevinci
Qazaxlı idmançılardan növbəti qələbə sevinci
GOYEZEN.AZ


Facebook-da paylaş