Qazaxda mini futbol üzrə rayon turniri başa çatıb » Göyəzən internet portalı

Qazaxda mini futbol üzrə rayon turniri başa çatıb

Qazax rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, YAP Qazax rayon təşkilatı və Qazax Olimpiya İdman Kompleksi MMC-nin dəstəyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş həvəskar komandalar arasında mini futbol üzrə rayon turniri başa çatıb.

Dövlət Himni səsləndikdən sonra yarışın baş hakimi Fərman İsmayılov raport verib.

Sonra YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov, RİHB Aparatının baş məsləhətçisi Sərdar Orucov və rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək komandalara uğurlar arzulayıblar.
Qazaxda mini futbol üzrə rayon turniri başa çatıb
Qazaxda mini futbol üzrə rayon turniri başa çatıb
Məlumat üçün qeyd edək ki, oktyabrın 16-dan start götürən yarışda 16 komandadan 160 nəfər həvəskar idmançı iştirak edib.

Qazax Olimpiya İdman Kompleksinin idman zalında keçirilən yarışın finalında Dövlət Sosial Müdafiə Fondunun “Qazax” komandası Qazax Dövlət Sosial-İqtisadi Kollecin komandasına 3-1 hesabı ilə qalib gələrək turnirin birincisi olub. III yerə isə "Gənclər" (Birinci Şıxlı) komandası layiq görülüb.

Sonda turnirin qalibi olan komandaya kubok, medal və diplomlar, II və III yerin sahiblərinə isə müvafiq diplom və medallar təqdim olunub.

GOYEZEN.AZ

Qazaxda mini futbol üzrə rayon turniri başa çatıbQazaxda mini futbol üzrə rayon turniri başa çatıb

Facebook-da paylaş