• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda mini futbol üzrə rayon turnirinə start verilib

Qazaxda mini futbol üzrə rayon turnirinə start verilib
Qazax rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, YAP Qazax rayon Təşkilatı və Qazax Olimpiya İdman Kompleksi MMC-nin dəstəyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş həvəskar komandalar arasında mini futbol üzrə rayon turnirinə start verilib.

Oktyabrın 16-dan start götürən yarışda 16 komandadan 160 nəfər həvəskar idmançı iştirak edir.

Qazax Olimpiya İdman Kompleksinin idman zalında keçirilən yarışın ilk günündə BDU Qazax filialı - Xanlıqlar 2-4, Qazax şəhər 3 saylı tam orta məktəb - Qazax Dövlət Sosial-İqtisadi Kolleci 0-4, Yuxarı Salahlı - "Gəmiqaya" (Birinci Şıxlı) 3-0, SU-15 (Qazax) - "Gənclər" (Birinci Şıxlı) 0-2 nəticələr göstəriblər.

Məlumat üçün bildirək ki, yarış oktyabrın 20-də başa çatacaqdır.

GOYEZEN.AZ

Qazaxda mini futbol üzrə rayon turnirinə start verilib
Qazaxda mini futbol üzrə rayon turnirinə start verilib


Facebook-da paylaş