• Təqvim

  • Unutma

  • Maraq



Rayon turniri YAP-ın yubileyinə həsr olunub

Rayon turniri YAP-ın yubileyinə həsr olunub
Bu il Yeni Azərbaycan Partiyasının yaranmasının 25 ili tamam olur. Bu münasibətlə respublikamızda, eləcə də Qazax rayonunda silsilə tədbirlər keçirilir, yarışlar, turnirlər təşkil olunur.

Belə turnirlərdən biri bu gün Qazax rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Yeni Azərbaycan Partiyası Qazax rayon Təşkilatı və Qazax Olimpiya İdman Kompleksi MMC-nin dəstəyi ilə keçirilib.

Olimpiya İdman Kompleksinin idman zalında 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə keçirilən rayon turnirində 50 nəfər idmançı mübarizə aparıb.

Dövlət Himni səsləndikdən sonra çıxışlar olub.

YAP Qazax rayon Təşkilatının sədr müavini Paşa Hadıyev, RİHB Aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Orucov, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl, rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək YAP-ın yaranma tarixindən, keçirilən yarışın əhəmiyyətindən danışıb, güləşçilərə uğurlar arzulayıblar.

Sonra yarışa start verilib. 10 çəki dərəcəsində qaliblər müəyyənləşib.

Qalib güləşçilər diplom və medallarla təltif olunublar.

Rayon turniri YAP-ın yubileyinə həsr olunub
Rayon turniri YAP-ın yubileyinə həsr olunub
Rayon turniri YAP-ın yubileyinə həsr olunub
Rayon turniri YAP-ın yubileyinə həsr olunub
Rayon turniri YAP-ın yubileyinə həsr olunub
Rayon turniri YAP-ın yubileyinə həsr olunub
Rayon turniri YAP-ın yubileyinə həsr olunub
GOYEZEN.AZ


Facebook-da paylaş