• Təqvim

  • Unutma

  • Maraq

Qazaxda Karate-Do üzrə açıq rayon birinciliyi keçirilib

Qazax rayon Gənclər və İdman İdarəsi tərəfindən uşaq və yeniyetmələr arasında Karate-Do idman növü üzrə açıq rayon birinciliyi keçirilib.

Olimpiya İdman Kompleksində keçirilən birincilikdə rayon idmançıları ilə yanaşı Ağstafa, Tovuz, Şəmkir, Gəncə (2 komanda) şəhərlərindən 59 nəfər idmançı qələbə uğrunda mübarizə aparıblar.

Dövlət Himni səsləndikdən sonra yarışa start verilib.
Qazaxda Karate-Do üzrə açıq  rayon birinciliyi keçirilib
Yarışın açılışında Qazax rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Orucov, informasiya təminatı və təhlil sektorunun müdiri Azad Hümbətov, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl, yarışın baş hakimi, Ağstafa Karate-Do İdman Klubunun direktoru Namiq Həsənov, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov çıxış edərək respublikada idmana göstərilən diqqət və qayğıdan söz açıb, gənc idmançılara uğurlar arzulayıblar.

Yarışda Qazax idmançılarından 4 nəfər I, 4 nəfər II, 4 nəfər III yerlərə layiq görülüblər.

I,II,III yerləri tutmuş idmançılar Qazax rayon Gənclər və İdman İdarəsinin müvafiq medal və Diplomları ilə təltif olunublar.

Qazaxda Karate-Do üzrə açıq  rayon birinciliyi keçirilib
Qazaxda Karate-Do üzrə açıq  rayon birinciliyi keçirilib
Qazaxda Karate-Do üzrə açıq  rayon birinciliyi keçirilib
Qazaxda Karate-Do üzrə açıq  rayon birinciliyi keçirilib
Qazaxda Karate-Do üzrə açıq  rayon birinciliyi keçirilib
Qazaxda Karate-Do üzrə açıq  rayon birinciliyi keçirilib
Qazaxda Karate-Do üzrə açıq  rayon birinciliyi keçirilib
Qazaxda Karate-Do üzrə açıq  rayon birinciliyi keçirilib
Qazaxda Karate-Do üzrə açıq  rayon birinciliyi keçirilib
GOYEZEN.AZ

Facebook-da paylaş