"Narkotiksiz sağlam həyat" » Göyəzən internet portalı


"Narkotiksiz sağlam həyat"

Bu deviz altında Qazaxda açıq turnir keçirilib


"Narkotiksiz sağlam həyat"
"Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Qazax rayonunda "Sərhədyanı rayonlarda gənclərin narkomaniyaya qarşı maarifləndirilməsi" layihəsi uğurla icra olunub. Layihə çərçivəsində Qazax Olimpiya İdman Kompleksində karate idman növü üzrə açıq turnir keçirilib.

Turnirin açılış mərasimində çıxış edən "Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev iştirakçılara donor və layihə haqqında məlumat verərək narkomaniyanın fəsadları barədə geniş danışıb.

Turnirdə qonaqlardan çıxış edən idman mütəxəssisi Vəli Vəliyev gəncləri asudə vaxtlarını səmərəli keçirməyə, idmanla məşğul olmağa dəvət edərək pis vərdişlərdən qorunmağa çağırıb.

Milli Karate Federasiyasının Qazax nümayəndəsi Pərviz Namazov turnir iştirakçıları adından çıxış edərək karate idmanının inkişafına verilən bu dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına öz minnətdarlığını bildirib.
"Narkotiksiz sağlam həyat"
Onu qeyd edək ki. 2 şəhər və 3 rayonun (Qazax, Ağstafa, Gəncə, Bərdə və Sumqayıt) qatıldığı turnirdə 11 komanda iştirak edib. 145 idmançının mübarizə apardığı və idmançı sayının çoxluğu ilə xüsusi seçilən turnir "Narkotiksiz sağlam həyat" devizi altında keçirilib.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşlər nəticəsində 7 yaş qrupu üzrə kata yarışları və 17 çəki üzrə kumite yarışlarının qalibləri müəyyən edilib. Qaliblər medal və sertifikat ilə təltif olunublar.

Turnir çərçivəsində 180 gənc birbaşa və 950 gənc isə dolayısı ilə bəhrələnib. Turnirdə gənclərin narkomaniyaya qarşı maarifləndirilməsində kütləviliyə nail olunub.

"Narkotiksiz sağlam həyat"
GOYEZEN.AZ


Facebook-da paylaş