Göstərilən diqqət və qayğı biz idmançıları daha da ruhlandırır » Göyəzən internet portalı
  • Təqvim

    «    Avqust 2017    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
  • Unutma

  • Maraq



Göstərilən diqqət və qayğı biz idmançıları daha da ruhlandırır

Göstərilən diqqət və qayğı biz idmançıları daha da ruhlandırır
İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir olimpiya komplekslərinin və digər idman qurğularının inşası nəticəsində ölkəmiz möhtəbər beynəlxalq yarışların keçirildiyi məkan, dünyanın idman mərkəzlərindən biri olmuşdur.

Hazırda Azərbaycan təkcə müəyyən kateqoriyalı beynəlxalq yarışlara deyil, eyni zamanda qitə və dünya çempionatlarına da ev sahibliyi edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu turnirlərdə qazanılmış hər bir uğur sadəcə olaraq hansısa bir qələbə deyildir: "Hər dəfə milli bayrağımız qaldırılanda, dövlət himnimiz səslənəndə hər bir vətənpərvər Azərbaycan vətəndaşı qürur hissi ilə bu gözəl anları yaşayır. Çünki ölkənin qələbəsi, idmançıların qələbəsi, bizim uğurlarımız hər bir vətənpərvər vətəndaşı sevindirir".
Göstərilən diqqət və qayğı biz idmançıları daha da ruhlandırır
Azərbaycan idmanının inkişafında həmyerlilərimizin də əməyi az deyildir. Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudovu respublikamızda elə adam tapılmaz ki, tanımasın. Onun rəhbərliyi altında komandamız uğurlar qazanmışdır. Həmyerlimiz Kənan Əliyev də Firdovsi Umudovun yetirməsidir. Onun komandasının tərkibində sərbəst güləş idman növü üzrə məşğul olur.
Göstərilən diqqət və qayğı biz idmançıları daha da ruhlandırır
GOYEZEN.AZ saytı olaraq hər zaman idmançılarımızı diqqətdə saxlayır, onların fəaliyyətini izləyir və oxucularımıza tanıtmağa çalışırıq.

Kənan Əliyevi redaksiyamıza dəvət edib onunla söhbət etdik. Müsahibə zamanı gənc idmançı bu sahəyə olan marağından, idmanda əldə etdiyi nailiyyətlərdən söhbət açdı.

Söhbət zamanı bildirdi ki, idmana maraq onda lap körpəlikdən yaranıb. Sərbəst güləş idman növü üzrə 10 yaşından məşqlərə başlayan Kənanın ilk müəllimi Ramiz Tağıyev olub. İlk qələbəsini Kənan 13 yaşında qazanıb. Medal və Diplomla təltif olunub. Bu qələbənin ilk sevincini isə valideynləri yaşayıb. Bu uğur Kənanı daha da ruhlandırıb, idmana marağını daha da artırıb. Kənanın öz sözləri ilə desək “İnsan öz zəhmətinin bəhrəsini görəndə gecə-gündüz çalışmaq, daha böyük uğurlar qazanmaq istəyir. Bu gün rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov biz idmançılara daim diqqət və qayğı göstərir, bizimlə maraqlanır. Bu günlərdə Yeniyetmələrin XI Respublika Oyunlarının zona mərhələsində Qazax rayonunun yığma komandası birinci yeri tutmuşdur. Bu münasibətlə cənab Başçı biz idmançılarla görüş keçirdi, bizi təbrik edərək öz arzu və istəklərini bildirdi. Bu, biz idmançıları daha da ruhlandırır. Bizə göstərdiyi diqqət və qayğıya görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz adımdan və bütün idmançılar adından minnətdarlığımı bildirirəm”.
Göstərilən diqqət və qayğı biz idmançıları daha da ruhlandırır
K.Əliyev bu gün respublika və beynəlxalq turnirlərdə, yarışlarda, Azərbaycan və Avropa çempionatlarında fəal güləşçi kimi öz gücünü sınayır. Uğurları da az deyil. O, artıq bir çox medallar və diplomlarla təltif olunub.

Kənanın ən böyük uğurlarından biri də Macarıstanda keçirilən sərbəst güləş üzrə Avropa çempionatında qazandığı qələbədir. Yarışın bürünc medalını qazanan idmançımız III yerə layiq görülüb. Bu qələbə sevinci təkcə Kənanın deyil, onun məşqçisi Firdovsi Umudovun, eləcə də bütün qazaxlıların sevincidir.
Göstərilən diqqət və qayğı biz idmançıları daha da ruhlandırır
K.Əliyev hal-hazırda növbəti yarışlara hazırlaşır. GOYEZEN.AZ saytı olaraq üçrəngli Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandıran idmançımıza bundan sonrakı yarışlarda da uğur qazanmağı arzu edirik.

İdmançılarımızın uğurları respublikamızın, eləcə də rayonumuzn adını yüksəklərə qaldırması qazaxlı gənclərə örnək olmalıdır. Onu da qeyd edək ki, Kənanın qazandığı nailiyyətlər qardaşı Sənan Əliyevi də çətin və şərəfli yola çıxmağa sövq edib. O, da qardaşı kimi sərbəst güləş idman növü üzrə məşğul olur. Bu isə Azərbaycan gəncinin sağlam ruhda, düşüncədə olmasından xəbər verir.


Facebook-da paylaş