Qazaxda 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş karate idman növü üzrə rayon birinciliyi keçirilib
Qazax Rayon Gənclər və İdman İdarəsinin 2020-ci ilin birinci
yarımili üçün təsdiqlənmiş tədbirlər planına əsasən 5 Mart - Bədən Tərbiyəsi və
İdman Gününə həsr olunmuş karate idman növü üzrə rayon birinciliyi yarışları
keçirilib.
Qazax Olimpiya İdman Kompleksində reallaşan yarışda qalib adı
uğrunda 37 nəfər idmançı mübarizə aparıb.
Gərgin və maraqlı idman mübarizəsi şəratində keçən yarışın
sonunda I,II,III yerləri tutan idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsi
tərəfindən müvafiq Fəxri Fərmanlarla təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş