Qazaxda boks yarışına start verilib » Göyəzən internet portalı
  • Təqvim

    «    İyul 2017    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
  • Unutma

  • Maraq



Qazaxda boks yarışına start verilib

IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə dair kütləvi idman tədbirlərinə başlanılıb



Respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinə başlanılıb.

Qazax Olimpiya İdman Kompleksində boks üzrə keçirilən yarışda rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova və aparatın məsul işçiləri, məktəblilər, idmançılar, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Təhsil İdman Mərkəzi ilə birgə təşkil etdiyi yarışda Qazax boksçuları ilə yanaşı, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Gədəbəy, Göygöl, Samux, Bərdə, Tərtər, Yevlax, Mingəçevir, Naftalan, Ağdam, Xocalı və Daşkəsən rayonlarının idmançıları da öz güclərini sınayacaqdır.
Qazaxda boks yarışına start verilib
Rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Rasim Carçıyev tədbiri giriş sözü ilə açaraq qonaqlara rayon rəhbərliyinin salamını çatdırıb və rayonumuzda təşkil olunan yarışa görə öz minnətdarlığını bildirib. IV İslam Həmrəyliyi Oyunları haqqında yarış iştirakçılarına məlumat verən natiq keçirilən yarışın məqsəd və əhəmiyyətindən söz açıb.
Qazaxda boks yarışına start verilib
Dövlət Himni səsləndikdən sonra çıxışlar olub. Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Vüqar Hüseynov çıxış edərək idmançıları salamlayıb və onlara uğurlar arzulayıb. Qeyd edib ki, Təhsil Nazirinin müvafiq əmrinə əsasən keçirilən yarışların təşkil edilməsinin məqsədi IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdir.
Qazaxda boks yarışına start verilib
Sonra məktəblilərdən ibarət rəqs qrupunun çıxışı olub. “Cəngi” havası altında idmançılar yarışa başlayıb.
Qazaxda boks yarışına start verilib
Yarışın baş hakimi, Təhsil Respublika İdman Mərkəzinin baş məsləhətçisi Mübariz Əliyev raport verdikdən sonra yarış start götürüb.

Onu da qeyd edək ki, yarışda 18 şəhər və rayondan 21 komanda iştirak edir. Hər komandada 16 nəfər idmançı yarışır.
Qazaxda boks yarışına start verilib
Qazaxda boks yarışına start verilib
30 mart - 1 aprel tarixlərində keçirilən yarışda komanda hesabında I, II, III yerləri tutanlar diplom və medallarla, hədiyyələrlə təltif olunacaqlar.

Qazaxda boks yarışına start verilib
Qazaxda boks yarışına start verilib
Qazaxda boks yarışına start verilib
Qazaxda boks yarışına start verilib
Nüşabə HÜSEYNOVA


Facebook-da paylaş