• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda sərbəst güləş üzrə rayon turniri keçirilib


Qazax Rayon Gənclər və İdman İdarəsinin 2019-cu ilin ikinci yarımili üçün təsdiqlənmiş tədbirlər planına uyğun olaraq 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş sərbəst güləş üzrə rayon turniri keçirilib.

İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin idman zalında keçirilən turnirdə 2003-2004-cü il təvəllüdlü yeniyetmələr güclərini sınayıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda qalib adı uğrunda 69 nəfər idmançı mübarizə aparıb. Ümumilikdə 44 nəfər idmançı qalib və mükafatçı olub. Onlardan 11 nəfər I yeri, 11 nəfər II yeri, 22 nəfər isə III yeri tutub.

Yarışın sonunda I,II,III yerləri tutmuş idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplom və medallarla mükafatlandırılıblar.



 

GOYEZEN.AZ



Facebook-da paylaş