• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə idman festivalı keçirilib


Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Qazax Olimpiya İdman Kompleksinin Əl Oyunları zalında 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə idman festivalı keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra festival açıq elan edilib.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov tədbiri giriş sözü ilə açaraq festivalın məqsəd və əhəmiyyətindən danışıb. Festival iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib və uğurlar arzulayıb.

Festivalda idmanın sərbəst güləş, qol güləşi, boks, karate, həndbol, cüdo və futbol növləri üzrə 130 nəfər idmançının iştirakı ilə nümunəvi çıxışlar göstərilib.

Tədbirin sonunda idman festivalında iştirak edən hər bir komandaya üçrəngli Dövlət Bayrağı təqdim olunub. İdman festivalında ümumilikdə 230 nəfər iştirak edib.
















 

GOYEZEN.AZ



Facebook-da paylaş