Qazaxda “İradənlə qalib gəl!” şüarı altında “Açıq qapı” günü keçirilib
Respublikamızın hər yerində olduğu
kimi, Qazaxda da Rayon Gənclər və İdman İdarəsinin
təşkilatçılığı ilə Qazax Olimpiya İdman Kompleksində "İradənlə qalib gəl!”
şüarı altında "Açıq qapı” günü keçirilib.
Azərbaycan Respublikası Gənclər və
İdman Nazirliyinin təşəbbüsü ilə 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə təşkil
edilən aksiyanın məqsədi idmanın gənclər arasında təbliği, gənc və yeniyetmələri idmana cəlb etmək, Olimpiya İdman Komplekslərinin imkanlarını hər kəs üçün əlçatan etmək,
buradakı idman meydançaları, avadanlıq və şəraitdən gənclərin geniş
yararlanmasını təmin etmək, gəncləri sağlam həyat naminə sadə idman oyunları və hərəkətlərini etməyə
alışdırmaqdır.
Aksiya çərçivəsində boks,
mini-futbol, sərbəst güləş, qol güləşi, karate, həndbol, cüdo, fitnes idman
növləri üzrə əyləncəli idman oyunları və məşqlər təşkil edilib. Tədbirdə
müxtəlif idman növləri üzrə əməkdar məşqçilərin, Avropa və Dünya çempionlarının,
mükafatçılarının iştirakı ilə ustad dərsləri, nümunəvi çıxışlar göstərilib. Gün
ərzində ümumilikdə 300 nəfərdən çox gənc kompleksin imkanlarından istifadə edib.
GOYEZEN.AZ
Facebook-da paylaş