Qazaxda Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan Kuboku keçirilib
Bu gün Qazax Olimpiya İdman
Kompleksində Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan
Kuboku keçirilib. Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyinin illik təqvim
planına uyğun olaraq keçirilən yarışda bütün yaş qrupları üzrə, ölkənin 30-dan
artıq komandasını təmsil edən 300-dən artıq idmançı güclərini sınayıb. Yarışda iştirak edən idmançılar
yarış meydadınä daxil olduqdan sonra Azərbaycan Respublikasının Dövlət
Himni səsləndirilib. Rəsmi açılış mərasimini Azərbaycan
Alpaqut Federasiyasının Birinci vitse-prezidenti Nuranə Şıxəliyeva açıq elan edib. Sonra yarışda qonaq qismində
iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Rayon
Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Dünya Alpaqut Federasiyası İdarə Heyətinin sədri, Alpaqut Turan döyüş sənətinin müəllifi Kutsan Vasif Namazov
və digərləri çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar. Rəsmi hissənin sonunda incəsənət
ustalarının ifasında bir neçə xalq mahnıları ifa edilib, rəqs nömrələri nümayiş
olunub. Dörd - Aypara, Batur, Caymaz və Qurşaq sistemləri üzrə
keçirilən yarışın sonunda qaliblər diplom, medallar və kubokla mükafatlandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş