• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş şahmat idman növü üzrə turnir təşkil olunub


Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı və Uşaq Gənclər İdman Şahmat Məktəbinin dəstəyi ilə 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş yeniyetmələr və gənclər arasında şahmat idman növü üzrə turnir təşkil olunub.

Qazax Şahmat Mərkəzində reallaşan yarışda ümumilikdə 16 şahmatçı öz intellektini sınayıb.

Olimpiya sistemi ilə keçirilən turnirin nəticələrinə görə İsmayılov Turan İsmayıl oğlu qalib adını qazanıb.

İsgəndərov Ramal Rafiq oğlu II, Hüseynova Firəngiz İlham qızı isə III yerlərlə kifayətləniblər.

Qalib və mükafatçılar Qazax GİKM tərəfindən müvafiq diplom və qiymətli hədiyyələrlə təltif olunublar.







GOYEZEN.AZ



Facebook-da paylaş