Qazaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş şahmat üzrə rayon turniri başa çatıb
Bu
gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Qazax Rayon
Təhsil şöbəsinin nəzdində Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə
təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş şahmat üzrə
yeniyetmə və gənclər arasında rayon turniri başa çatıb. Qazax
Şahmat Mərkəzində keçirilən yarışın ikinci günündə ilk olaraq yarımfinal
görüşləri reallaşıb. Qazax şəhər S.Əfəndiyev adına 1 saylı tam orta məktəbin VI sinif şagirdi Quluyev
Nəcəf Azər oğlu Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Baytarlıq fakültəsinin III kurs
tələbəsi Göyüşov Ramil Elton oğlunu məğlub edərək finala yüksəlib. Onun
finaldakı rəqibi Qazax şəhər İ.Qayıbov adına 3 saylı tam orta məktəbin IX sinif şagirdi
Hadıyev Nazim Toğrul oğlu olub. N.Hadıyev isə yarımfinalda Qazax şəhər
S.Əfəndiyev adına 1 saylı tam orta məktəbin IX sinif şagirdi
Quluyev Məhəmmədəli Azər oğluna qalib gəlib. Daha sonra yarımfinalda məğlubiyyətlə üzləşmiş iştirakçılar arasında
keçirilən oyunda Göyüşov Ramil Elton oğlu rəqibi Quluyev Məhəmmədəli Azər oğlunu
üstələyərək 3-cü yerə layiq görülüb. Finalda isə Nazim Hadıyevə qalib gələn Nəcəf
Quluyev turnirin qalibi adını qazanıb. Qalib və mükafatçılara sonda müvafiq
diplom və qiymətli hədiyyələr təqdim olunub. Qeyd edək ki, yarışda ümumilikdə 23 iştirakçı
olimpiya sistemi üzrə mübarizə aparıb.
GOYEZEN.AZ
Facebook-da paylaş