Qazax müəllimlər seminariyasının yaradılmasının 100 illiyinə həsr olunmuş boks üzrə açıq rayon birinciliyi keçirilib
Bu gün Qazax rayon Gənclər və İdman İdarəsinin
2019-cu ilin birinci yarımilliyi üçün təsdiqlənmiş tədbirlər planına əsasən
Qazax müəllimlər seminariyasının yaradılmasının 100 illiyinə həsr olunmuş boks
üzrə açıq rayon birinciliyi keçirilib.
Qazax Olimpiya İdman Kompleksində keçirilən yarışda
rayonumuzun idmançıları ilə yanaşı, qonşu Ağstafa və Tovuz rayonlarından 74 nəfər
yeniyetmə idmançı qalib adı uğrunda mübarizə aparıb.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən
birincilikdə qaliblər və mükafatçılar rayon Gənclər və İdman İdarəsi tərəfindən
fəxri fərman və medallarla təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş