• Təqvim

  • Unutma

  • Maraq



20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş turnir və birincilik keçirilib

Qazax rayon Gənclər və İdman İdarəsinin 2019-cu ilin I yarımilliyi üçün təsdiqlənmiş tədbirlər planına əsasən, 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

13-16 yanvar  tarixlərində Qazax Şahmat Mərkəzində keçirilən dama üzrə rayon turnirinə 39 nəfər şagird qatılıb.

Yarışın nəticələrinə görə Hikmət Əsgərzadə I, Məhəmməd Qurbanlı II, Temuraz Məmmədov və Fatimə Ələkbərova isə III yerə layiq görülüblər.

Bu gün eyni zamanda, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə rayon birinciliyi də keçirilib. Birincilikdə 2002-2003-cü il təvəllüdlü yeniyetmələr öz güclərini sınayıblar. Qazax Olimpiya İdman Kompleksində təşkil olunmuş birincilikdə 60 nəfər idmançı iştirak edib.

Hər iki yarışda I,II,III yeri tutan idmançılara rayon Gənclər və İdman İdarəsinin medal və Fəxri Fərmanları təqdim olunub.












GOYEZEN.AZ

                                                                                                                                                            



Facebook-da paylaş