• Təqvim

  • Unutma

  • Maraq



Şəhidlərimizin xatirəsinə həsr olunmuş Qol Güləşi turniri başa çatıb

Şəhidlərimizin xatirəsinə həsr olunmuş Qol Güləşi turniri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə ”Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi tərəfindən “Qəhrəmanlar unudulmur” adlı layihənin icrası çərçivəsində keçirilən aprel şəhidlərinin xatirəsinə həsr olunmuş Qol Güləşi turniri başa çatıb.

Qazax Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə idarə, müəssisə rəhbərləri, gənclər, idmançılar, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları ilk öncə aprel döyüşlərində həlak olmuş bütün şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyinin sədri, layihənin təşkilatçısı Azər Əliyev çıxış edərək keçirilən turnirin məqsəd və əhəmiyyətindən danışıb.

Bildirib ki, turnir aprel döyüşlərində şəhid olmuş Orucov Mühüd Qurban oğlunun, Namazov Elvin Məmməd oğlunun və Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə həsr olunub.

Turnirin keçirilməsində əsas məqsəd rayon gənclərinin asudə vaxtlarının düzgün və səmərəli təşkili, aprel döyüşlərində həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad etmək, onların ailələrinə mənəvi dəstək olmaq, gənclərə vətənpərvərlik hisslərinin aşılanması və sağlam həyat tərzinin təbliğ olunmasından ibarətdir.
Şəhidlərimizin xatirəsinə həsr olunmuş Qol Güləşi turniri başa çatıb

GOYEZEN.AZ
saytı məlumat üçün bildirir ki, gərgin idman mübarizəsi şəraitində keçən turnirdə Qazax, Ağstafa, Qovlar və Tovuz komandalarının ümumilikdə 71 idmançısı iştirak edib.
Şəhidlərimizin xatirəsinə həsr olunmuş Qol Güləşi turniri başa çatıb
Turnir həm fərdi, həm də komanda şəklində keçirilib. I, II və III yerləri tutan idmançılar medal və Diplomlarla mükafatlandırılıblar.

Yekun nəticəyə əsasən Qazax komandası I yerə, Ağstafa komandası II yerə, Qovlar komandası isə III yerə layiq görülüblər.


Facebook-da paylaş