Qazaxlı idmançılar uğurla çıxış ediblər
Respublikamızda daim diqqət və qayğı göstərilən sahələrdən
biri də idman sahəsidir. Respublika Prezidenti İlham Əliyev tərəfindən idmançılarımıza
göstərilən qayğının nəticəsidir ki, onlar istər beynəlxalq, istərsə də
respublika səviyyəli yarışlarda daha böyük qələbələr qazanaraq Azərbaycanı
bütün dünyada idman ölkəsi kimi tanıdırlar.
İdman sahəsində qazanılan uğur və nailiyyətlərdə qazaxlı
idmançıların da payı az deyildir. Hər zaman güləş məktəbinin beşiyi kimi tanınan
Qazax rayonu da qazanılan uğurlara öz töhfəsini verib. Rayon rəhbərinin mütəmadi
olaraq uğur qazanmış idmançılarla görüşməsi, qayğıları ilə maraqlanması, yüksək
nəticə əldə edən idmançıları mükafatlandırması idmançılarımızda böyük ruh yüksəkliyi
yaradır. Bu gün istər dövlətin, istərsə də rayon rəhbərliyinin qayğısını hər an
hiss edən idmançılarımız öz növbələrində nailiyyətlərini və medallarının sayını
gündən-günə artırırlar. Dövlət Himnimizi səsləndirərək üçrəngli bayrağımızı
daim yüksəklərdə dalğalandırırlar.
Növbəti qələbə xəbəri 14-21 oktyabr 2018-ci il tarixlərdə Türkiyənin
Antalya şəhərində Qol güləşi üzrə 40-cı Dünya çempionatından gəlib. Həmin yarışda
ölkəmiz 5 idmançı ilə təmsil olunub. Sevindirici haldır ki, milli
komandamızın tərkibində yer alan Qazax Olimpiya İdman Kompleksinin yetirməsi olan
Vəkilov Nemət Səxavət oğlu uğur qazanıb. İdmançımız bu yarışda 65 kq çəki
dərəcəsində bürünc medala sahib olub.
Azərbaycan Qol Güləşi Federasiyası gənclər yığmasının baş məşqçisi,
Əməkdar məşqçi, Fəxri bədən tərbiyəsi və idman işçisi Azər Əliyevin yetirmələri
Tovuz rayonunun Qovlar qəsəbəsində Qol güləşi üzrə keçirilən Tovuz rayon açıq
birinciliyində də iştirak ediblər. Oktyabrın 21-də Tovuzun ilk şəhid qadını
Rəhilə Qarayevanın xatirəsinə həsr olunmuş yarışda rayonumuzu Qazax Olimpiya
İdman Kompleksinin qol güləşi bölməsinin idmançıları uğurla təmsil ediblər.
Gənclərin yarışında 3 nəfər – Mustafayev İsmayıl Arif oğlu (50 kq), Mustafayev
Səid İlqar oğlu (60 kq) və İsmayılov Pərvin Rahid oğlu (65 kq) I
yerə, 2 nəfər - Hüseynov Aqşin Xəqani oğlu (35 kq) və Nəsibov
Sənan Fədail oğlu (60 kq) II yerə, 1 nəfər – Sofiyev Seymur Əkbər oğlu (55 kq)
isə III yerə layiq görülüblər. Böyüklərin yarışında isə 3 nəfər – Qafarov
Elmar Sadiq oğlu (60 kq), Mədədli Ceyhun Elxan (70 kq) və Xammədov Əlipaşa
Nüsrət oğlu (75 kq ) I yeri, 1 nəfər – Qasımzadə Xəyal Natiq oğlu (60 kq)
II yeri qazanıblar. Qazaxlı idamnçılardan növbəti qələbə xəbəri isə "Fəqan” İdman Klubunun
yetirmələrindən gəlib. 20 oktyabrda Gürcüstan Respublikasının Tbilisi şəhərində
Yunan-Roma güləşi üzrə keçirilən Tbilisi şəhər açıq turnirinə rayonumuz klubun
4 nəfər idmançısı ilə qatılıb.
Həmin turnirdə rayonumuzu Vəliyev Nurlan Ramin oğlu (41 kq) II yeri,
Məmmədov Raul Rauf oğlu (26 kq), Allahverdiyev Ramil İntiqam oğlu (26 kq) və
İsmayılov Yusif Roma oğlu (44 kq) isə III yerləri qazanmaqla təmsil ediblər.
Bütün idmançıları təbrik edir, ölkəmiz və rayonumuz naminə daha böyük
nailiyyətlər əldə etmələrini arzu edirik.
GOYEZEN.AZ
Facebook-da paylaş