• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Müstəqillik Gününə həsr olunmuş karate üzrə açıq rayon turniri keçirilib


Qazax rayon Gənclər və İdman İdarəsinin 2018-ci ilin ikinci yarımilinin təsdiqlənmiş "Tədbirlər Planı”na uyğun olaraq 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında karate üzrə açıq rayon turniri keçirilib.

Qazax Olimpiya İdman Kompleksində keçirilən turnirdə Qazax, Ağstafa, Tovuz və Göygöl rayonlarından, eləcə də Gəncə şəhərindən (12 komandadan) 120 nəfərə yaxın idmançı iştirak edib.

Dövlət Himninin səslənməsindən sonra rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, rəis müavini Sahib Namazov və başqaları çıxış edərək idmançılara uğurlar arzulayıblar. Rayon rəhbərliyi tərəfindən idman sahəsinə və idmançılara göstərilən diqqət və qayğıdan söz açıblar.

Gərgin mübarizə şəraitində keçən yarışda I, II, III yerləri tutan idmançılar Qazax rayon Gənclər və İdman İdarəsinin müvafiq diplomları və medalları ilə təltif olunublar.


GOYEZEN.AZ



Facebook-da paylaş