• Təqvim

  • Unutma

  • Maraq



Müstəqillik gününə həsr olunmuş mini futbol üzrə rayon birinciliyi keçirilib


Qazax rayon Gənclər və İdman İdarəsinin 2018-ci ilin ikinci yarımilinin təsdiqlənmiş "Tədbirlər Planı”na uyğun olaraq 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş mini futbol üzrə rayon birinciliyi keçirilib.

Qazax Olimpiya İdman Kompleksində keçirilən birincilikdə 15-16 yaşlı məktəblilər iştirak edib. Ümumilikdə, 15 orta ümumtəhsil məktəbindən 150 nəfərdən artıq məktəbli yarışa qatılıb.

8-12 oktyabr tarixlərində keçirilən birincilikdə Qazax Səlim Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbin komandası I, Alı Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbin komandası II, Aslanbəyli kənd tam orta məktəbin komandası isə III yerə layiq görülüblər. 

Qazax rayon Gənclər və İdman İdarəsi tərəfindən qalib komanda kubokla, I, II, III yeri tutan komandalar Fəxri Fərmanlarla, komanda üzvləri isə Fəxri Fərman və medallarla təltif olunublar.

GOYEZEN.AZ

 



Facebook-da paylaş