"Vətənin Müdafiəsinə Hazıram" poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib
Qazax rayon Gənclər və İdman İdarəsinin 2018-ci
ilin ikinci yarımilinin təsdiqlənmiş "Tədbirlər Planı”na uyğun
olaraq Silahlı Qüvvələrin
payız çağırışına həsr olunmuş "Marş irəli!" devizi altında "Vətənin
Müdafiəsinə Hazıram" poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi
keçirilib. Qazax şəhər stadionunda keçirilən yarışda 15 ümumtəhsil
məktəbindən 75 məktəbli iştirak edib. Yarışda İ.Şıxlı adına Kosalar kənd tam orta məktəbin
komandası I, A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin
komandası II, Qazax şəhər M.Hüseyn adına məktəb-liseyin komandası isə III yerə
layiq görülüb. Gənclər və İdman İdarəsi tərəfindənqalib komanda kubokla, I, II,
III yeri turan komandalar və komanda üzvləri isə Fəxri Fərmanla təltif olunublar. GOYEZEN.AZ
Facebook-da paylaş