• Təqvim

  • Unutma

  • Maraq



Atletika üzrə rayon birinciliyi keçirilib


Qazax rayon Gənclər və İdman İdarəsinin 2018-ci ilin ikinci yarımilinin təsdiqlənmiş "Tədbirlər Planı”na uyğun olaraq 2003-2004-cü il təvəllüdlü oğanlar və qızlar arasında atletika üzrə rayon birinciliyi keçirilib.

Qazax şəhər stadionunda keçirilən yarışda 10 məktəb komandasından 60 nəfər şagird iştirak edib.

Yekun nəticələrə görə Canalı kənd tam orta məktəb I yerə, Qazaxbəyli kənd tam orta məktəb II yerə, Aşağı Salahlı kənd tam orta məktəb isə III yerə layiq görülüb.

I, II, III yeri tutan komandalar və komanda üzvləri rayon Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərmanla, medallarla təltif olunublar.


GOYEZEN.AZ

 



Facebook-da paylaş