Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş turnir keçirilib » Göyəzən internet portalı

Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş turnir keçirilib

Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş turnir keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi şurasının, Azərbaycan Qol Güləşi federasiyası, Qazax Rayon İcra Hakimiyyəti, "Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyi, rayon Gənclər və İdman İdarəsi və Qazax Olimpiya İdman Kompleksi MMC-nin birgə təşkilatçılığı ilə Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş “Qəhrəmanlar unudulmur” devizi altında Qol Güləşi üzrə turnir keçirilib.

"Aprel şəhidlərinin qəhrəmanlıqlarının təbliği məqsədilə kütləvi idman tədbirlərinin təşkili" layihəsi çərçivəsində keçirilən turnirdə Aprel döyüşlərində şəhid olmuş kapitan Orucov Mühüd Qurban oğlu, baş leytenant Namazov Elvin Məmməd oğlu və əsgər Əliyev Orxan Məhəmməd oğlunun göstərdikləri qəhrəmanlıqlara bir daha nəzər salınıb.

İdman mütəxəssisi Vəli Vəliyev turniri açıq elan edərək idmançılara uğurlar arzuladıqdan sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Layihə rəhbəri, Əməkdar məşqci, fəxri bədən tərbiyəsi və idman işçisi Azər Əliyev tədbirin açılış mərasmində çıxış edərək turnir haqda ətraflı məlumat verərək donor haqda danışıb. Aprel şəhidlərinin qəhrəmanlıqlarını idmançılara çatdıraraq onlara daim şəhidlərin xatirəsini uca tutmağı bildirib, gəncləri pis vərdişlərdən uzaq olmağa və bədən tərbiyəsi və idmanla məşğul olmağa çağırıb.

Şəhid Mühüd Orucovun atası Qurban Orucov, Elvin Namazovun atası Məmməd Namazov və Orxan Əliyevin atası Məhəmməd Əliyev turnirdə iştirak edən bütün idmançılara uğurlar arzulayıb, övladlarının xatirəsinin əziz tutulmasına görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Qazax Rayon İcra Hakimiyyəti başçısı Aparatında baş məsləhətçi Sərdar Orucov, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, Gənclər və İdman İdarəsinin rəis müavini Şahin Namazov şəhidlərin xatirəsinin yad edilməsi istiqamətində keçirilən turnirin böyük əhəmiyyət daşıdığını bildiriblər. Şəhidlərimizin keçdiyi döyüş yolunun gənclərimiz üçün bir örnək olduğunu qeyd ediblər.

Şəhid Elvin Namazovun qohumu Aysu Namazlı şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirib.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra turnirə start verilib. 6 rayon və şəhər komandasından 150 idmançı iştirak edib. Qazax, Ağstafa, Tovuz, Qovlar, Samux və Bakı şəhər idmançılarının qatıldığı turnirdə 15 çəki dərəcəsi üzrə qaliblər müəyyən edilib.

Komanda hesabında 20 medalla Qazax komandası I yerə, 13 medalla Tovuz komandası II yerə, 10 medalla Ağstafa komandası III yerə layiq görülüblər. Qaliblər medal, diplom və hədiyyə ilə mükafatlandırılıblar.

GOYEZEN.AZ

Facebook-da paylaş