• Təqvim

  • Unutma

  • Maraq



Qazaxlı ağır atletlər növbəti qələbə qazanıb

Qazaxlı ağır atletlər növbəti qələbə qazanıb
Qazaxda bütün sahələrlə yanaşı, idman sahəsinə də daim diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, rayonumuzun idmançıları daha böyük qələbələr qazanaraq əldə edilən uğurların sayını get-gedə artırırlar.

Növbəti belə qələbələrdən biri 24-27 may tarixlərində Bakı şəhərində ağır atletika üzrə yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyində qazanılıb. Yarışda 2002-2004-cü təvəllüdlü məktəblilər iştirak edib.

Bu yarışda rayonumuzu Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin yetirmələri təmsil ediblər.

Məşqçi Rəayət Abdalovun yetirmələri olan qazaxlı idmançılar bu yarışda 1 qızıl və 1 gümüş medal qazanıblar.
Qazaxlı ağır atletlər növbəti qələbə qazanıb
İdmançılardan 94 kq çəki dərəcəsində Ə.Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin IX sinif şagirdi Nəsib Yusubov 110 kq nəticə ilə birinciliyin qızıl medalına sahib olub.

M.Hüseyn adına məktəb-liseyin VIII sinif şagirdi Məmmədzadə Nurlan isə 62 kq çəki dərəcəsində 175 kq nəticə ilə gümüş medal qazanıb.

Sonda qalib idmançılar Diplom və medallarla mükafatlandırılıb.

GOYEZEN.AZ


Facebook-da paylaş