Cümhuriyyətin 100 illiyinə həsr olunmuş intellektual oyun keçirilib » Göyəzən internet portalı


Cümhuriyyətin 100 illiyinə həsr olunmuş intellektual oyun keçirilib

Cümhuriyyətin 100 illiyinə həsr olunmuş intellektual oyun keçirilib
Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi, “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi və Qazax Olimpiya İdman Kompleksi MMC-nin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş “Nə?”, “Harada?” və “Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyi keçirilib.

Qazax Olimpiya İdman Kompleksində keçirilən yarışda orta ümumtəhsil məktəblərindən, BDU Qazax filialından, Qazax Dövlət Sosial-İqtisadi Kollecindən və müstəqil komandalardan, ümumlikdə 30 komandadan 150 nəfər gənc iştirak edib.

A qrupunun oyunlarının nəticələrinə görə Qazax şəhər 1 saylı tam orta məktəbin "Vurğun", 2 saylı tam orta məktəbin "Stronsium" və 3 saylı tam orta məktəbin "Məğlubedilməz Armada" komandaları finala vəsiqə qazanıblar.

B qrupunun oyunlarının nəticələrinə görə isə müstəqil "Sweet House" komandası, Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin "Qızıl" və BDU Qazax filialının "Çanaqqala qaziləri" komandaları finala çıxıblar.

Final mərhələsində isə hamıdan çox xal toplayan müstəqil "Sweet House" komandası I yerə, şəhər 2 saylı tam orta məktəbin "Stronsium" komandası II yerə, 1 saylı tam orta məktəbin "Vurğun" komandası isə III yerə layiq görülübdür.

Qalib komanda Qazax rayon Gənclər və İdman İdarəsinin kuboku ilə, I, II, III yeri tutan komanda üzvləri isə müvafiq diplomlarla təltif olunublar.

Cümhuriyyətin 100 illiyinə həsr olunmuş intellektual oyun keçirilib
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş intellektual oyun keçirilib
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş intellektual oyun keçirilib
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş intellektual oyun keçirilib
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş intellektual oyun keçirilib
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş intellektual oyun keçirilib
GOYEZEN.AZ


Facebook-da paylaş