Aprel şəhidlərinin xatirəsinə həsr olunuş mini-futbol turniri başa çatıb » Göyəzən internet portalı


Aprel şəhidlərinin xatirəsinə həsr olunuş mini-futbol turniri başa çatıb

Aprel şəhidlərinin xatirəsinə həsr olunuş mini-futbol turniri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi şurasının dəstəyi ilə "Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyi "Aprel şəhidlərinin qəhrəmanlıqlarının təbliği məqsədilə kütləvi idman tədbirlərinin təşkili" layihəsini həyata keçirib.

Layihə çərçivəsində gənclər və yeniyetmələr arasında keçirilən mini-futbol turniri başa çatıb. Qazax Olimpiya İdman Kompleksində keçirilən turnir Aprel döyüşlərində şəhid olmuş kapitan Orucov Mühüd Qurban oğlu, baş leytenant Namazov Elvin Məmməd oğlu və əsgər Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə həsr olunub.

19 may tarixində keçirilən turnirin təşkilatçısı və layihənin rəhbəri, Əməkdar məşqçi Azər Əliyev turnir və donor haqda ətraflı məlumat verərək final iştirakçılarına uğurlar arzulayıb. Rayon Təhsil şöbəsinin metodisti Pərviz Alməmmədov, Gənclər və İdman İdarəsinin nümayəndəsi Anar İbrahimov çıxış edərək Aprel şəhidlərinin xatirəsini uca tutmağı bildiriblər.

Şəhid M.Orucovun atası Qurban Orucov, E.Namazovun atası Məmməd Namazov, O.Əliyevin atası Məhəmməd Əliyev çıxış edərək turnirin təşkilatçılarına öz minnətdarlıqlarını bildirib, gənclərə uğurlar arzulayıblar.

Turnirin baş hakimi Ədirxan Məmmədov qaydalar haqda idmançılara məlumat verdikdən sonra baş katib Vəli Vəliyev nizam-intizam barəsində iştirakçılara tapşırıqlar verib.

Gərgin idman mübarizəsi şəraitində keçən final görüşündə Qazaxbəyli kənd komandası Kommuna kənd komandasına 1:0 hesabı ilə üstün gələrək turnirin qalibi olub. Şəhər 1 saylı tam orta məktəbin komandası isə turnirin üçüncüsü olub.

Qalib komandaların üzvləri Diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

Aprel şəhidlərinin xatirəsinə həsr olunuş mini-futbol turniri başa çatıb
Aprel şəhidlərinin xatirəsinə həsr olunuş mini-futbol turniri başa çatıb
Aprel şəhidlərinin xatirəsinə həsr olunuş mini-futbol turniri başa çatıb
GOYEZEN.AZ


Facebook-da paylaş