• Təqvim

  • Unutma

  • Maraq



“Sərhəd” hərbi-idman oyunlarınn zona yarışları keçirilib

“Sərhəd” hərbi-idman oyunlarınn zona yarışları keçirilib
19 may tarixində Şəmkir rayonunda, Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin bazasında “Sərhəd” hərbi-idman oyunlarınn zona yarışları keçirilib.

Rayonumuzu bu yarışda M.Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin “Dəli Kür” komandası təmsil edib. Komandaya məktəbin hərbi rəhbəri Mehralı Məmmədov rəhbərlik edib.

Qazax, Ağstafa və Şəmkir komandalarının qatıldığı yarışda “Dəli Kür” komandası I yeri tutaraq final mərhələsində iştirak etmək hüququ qazanıb.

Yarışda komanda üzvləri - məktəbin X sinif şagirdləri Fərid Məmmədov, Nurlan Yusifov, Etibar Abdullayev, Vüsal Əhmədov və Qələndər Vəliyev mükafata layiq görülüblər.

GOYEZEN.AZ


Facebook-da paylaş